Ermənilər dinc əhalini silahlandıraraq döyüşə cəlb edir - Anar Eyvazov
Döyüş sursatları tükənən erməni silahlı qüvvələri Qarabağ İqtisadi Rayonunda yaşayan dinc əhalini məcburi silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə cəhd edirlər.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyilib.
O qeyd edib ki, Ermənistan tərəfi beynəlxalq ictimaiyyətdə yannış fikir formalaşdırmağa cəhd edir.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
KARUSEL / GÜNDƏM
Tarix: 20-09-2023, 10:24