mobil versiya

İran Azərbaycan və Ermənistana uçuşları bərpa edib



Qarabağda sülhün bərpa olunmasının ardınca İran Azərbaycan və Ermənistana və əks istiqamətdə uçuşlara tətbiq etdiyi qadağanı ləğv edib.
Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu deyib.
C.Yazərlunun sözlərinə görə, 19 sentyabrda Qarabağda antiterror tədbirlərinin keçirilməsinin ardınca, İranın Mülki Aviasiya Təşkilatı sərnişinlərin təhlükəsizliyi məqsədilə Azərbaycan və Ermənistan və əks istiqamətdə bütün uçuşları dayandırmışdı.
Yazərlu əlavə edib ki, ötən gün bölgədə razılaşmanın əldə olunmasını nəzərə alaraq, uçuşların bərpa olunmasına qərar verilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 21-09-2023, 09:58