Prezident İlham Əliyev Almaniyanın dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur.
Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
KARUSEL / SİYASƏT
Tarix: 3-10-2023, 11:04