Səfir: "Almaniya və Azərbaycan arasında 30 ildən artıq diplomatik münasibətlər mövcuddur"


"Reportyor.az" xəbər verir ki, səfir Ralf Horleman ölkəsinin yaxın keçmişinə nəzər salaraq deyib ki, Almaniya 1990-cı ildə yenidən birləşməsindən - sülh yolu ilə birləşməsindən və "soyuq müharibə" bitdikdən sonra azad, vahid Avropanın bir hissəsi olmaq şansı qazanıb. Bu, Almaniyaya azadlıq, sülh, firavanlıq gətirib. Avropa İttifaqının özü sülh layihəsinə çevrildi və hətta Nobel Sülh Mükafatına layiq görülüb: "Düz 200 il əvvəl, 1823-cü ildə Lüdviq van Bethoven Fridrix Şillerin "Sevinc qəsidəsi"nə musiqi bəstələdi və bu, hazırda dinlədiyiniz Avropa Himni oldu. Məhz bu ruhda Avropa İttifaqı, o cümlədən Almaniya Cənubi Qafqazda sülhün bərqərar olması üçün səy göstərir. Və biz səmimi qəlbdən ümid edirik ki, tezliklə bu bölgəyə sülh gələcək, Avropa tarixi göstərdi ki, hətta ən qatı düşmənlər arasında da sülh mümkündür".

Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomat deyib ki, almanlar və azərbaycanlılar 200 ildən çox davam edən dostluğa nəzər sala bilərlər -bəli, bu dostluq hətta Bethovenin "Sevinc qəsidəsi"ndən əvvəl yaranıb. Həmçinin, ölkələrimiz arasında 30 ildən artıq diplomatik münasibətlər mövcuddur: " Bizim tərəfdaşlığımızın möhkəm təməli vardır və mən əminəm ki, biz bunu gələcəkdə də inkişaf etdirə bilərik".
Səfir çıxışını "bizi böyük hadisələr gözləyir: - 2023-cü ildə Almaniyada kişilər arasında futbol üzrə Avropa çempionatı keçiriləcək. Bu möhtəşəm tədbirdə Avropanın və dünyanın hər yerindən futbol azarkeşlərini gözləyirik" sözləri ilə başa vurub.

KARUSEL / SİYASƏT
Tarix: 4-10-2023, 10:28