Pensiyalar tam ödəniləcək
Respublika üzrə pensiyaların oktyabrın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq, 435 manat təşkil edib.
KARUSEL / SOSİAL
Tarix: 11-10-2023, 10:28