Xaçatryan işgəncə verdiyi şəxslə məhkəmədə üzləşdi /VİDEO
Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Çerkezoviç Xaçatryan hakim qarşısına çıxarılıb.
Bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.
Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək: “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca… Tanıyarsan”, – deyib.
Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.
KARUSEL / GÜNDƏM
Tarix: 13-10-2023, 14:56