mobil versiya

Meşəlidə soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi keçirilib



Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi keçirilib.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə tərəfindən ona hüquq və vəzifələri izah edilib.
Bildirilib ki, V.Xaçaturyanın hüquqlarını Natiq Bəybalayev müdafiə edəcək.
Prosesdə dövlət ittihamçıları Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyevdir.
Prosesdə zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov və Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər.
Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə müşavirəyə gedib.
Müşavirədən qayıdan hakimlər məhkəmənin baxış iclasını oktyabrın 17-nə təyin ediblər.(report)



KARUSEL / HADİSƏ
Tarix: 13-10-2023, 11:54