"12-ci imam"a 12 il həbs cəzası kəsildi
Özünü “12-ci imam” kimi təqdim edərək, 2.5 milyon manatlıq dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, A.Babayev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2023, 15:12