mobil versiya

Fransa dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir- Prezident



Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir.
Bunu Prezident İlham Əliyev paytaxtda Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı deyib ki, ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılıb:
“Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir”.

KARUSEL / SİYASƏT
Tarix: 20-10-2023, 13:27