mobil versiya

"Mitsubishi Motors” Çində istehsalı dayandırır



Yaponiyanın “Mitsubishi Motors” avtokonserni azalan satış həcmi ilə bağlı Çində istehsalını dayandırmaq barədə qərar qəbul edib.
Konsernin saytında yerləşdirilən məlumata görə, “Mitsubishi Motors” Çinin “GAC Group” kompaniyası ilə 2012-ci ildə Hunan əyalətində istehsala başladığı birgə müəssisədən çıxacaq.
“Mitsubishi Motors” və “GAC Group” tərəfindən istehsal olunan avtomobillərin satışında pik dövr müştərək müəssisənin 140 min avtomobil satdığı 2018-ci ilə təsadüf edir. Sonradan Çin bazarında elektromobillərə və yerli avtomobillərə artan tələbat fonunda satış göstəricisi azalmağa başlayıb. Nəticədə müəssisə 2023-cü ilin mart ayından fəaliyyətini dayandırıb.
KARUSEL / DÜNYA
Tarix: 24-10-2023, 15:45