mobil versiya

İsraildən Misirə yeni təklif - “Fələstinliləri qəbul edin, borclarınızı silək”


İsrail fələstinliləri Misirin Sinay yarımadasına deportasiya etmək planlarını sürətləndirib.
“AzPolitika.info” İsrailin “Ynet” nəşrinə istinadla xəbər verir ki, Baş nazir Benyamin Neyanyahu Qahirə administrasiyasına Qəzzanı tərk edən fələstinli köçkünləri qəbul etmək müqabilində ölkənin borclarını siləcəyini vəd edib.
Qeyd olunur ki, Misir borc ödənişlərində defolt ehtimalı yüksək olan ölkələr arasında Ukraynadan sonra ikinci yerdədir. Bildirilir ki, Netanyahu bundan rıçaq kimi istifadə edərək, Misirə təzyiq etmək üçün Avropa liderlərinə lobbiçilik edir. Çexiya və Avstraliyanın da bu tələbi dəstəklədiyi, lakin Fransa, Almaniya və İngiltərənin buna müsbət baxmadığı bildirilir.
Digər tərəfdən Misir prezidenti Sisi son açıqlamasında fələstinli qaçqınları qəbul etməyəcəklərini bildirib. Amma bu gün Qəzzada yaralananların ilk qrupu Rəfah Sərhəd Qapısından ölkəyə daxil olub. Yaralılar Şimali Sinay şəhərindəki yaxşı təchiz olunmuş xəstəxanalara yerləşdiriliblər. Onlardan 117-nin xarici ölkə vətəndaşı olduğu qeyd edilib.
KARUSEL / DÜNYA
Tarix: 2-11-2023, 16:18