mobil versiya

Bu ölkələr 10 ildən sonra diplomatik münasibətləri tam bərpa edib


Türkiyə və Misir 10 ildən sonra diplomatik münasibətləri səfirlər səviyyəsinə qaldıraraq tam bərpa ediblər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə və Misir iki ölkə arasında diplomatik münasibətləri səfirlər səviyyəsinə qaldırdığını elan edir. Ankara Qahirədəki fövqəladə və səlahiyyətli səfir postuna Salih Mutlu Şenin namizədliyini irəli sürüb”, - deyə məlumatda bildirilir.
Misirin Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik əlaqələrin bərpa olunduğu barədə məlumatı təsdiqləyib. “Misir və Türkiyə diplomatik münasibətləri səfirlər səviyyəsinə qaldırıb. Qahirə Əmr əl-Hamamini Ankaraya səfir təyin edir. Bu addım ölkələr arasında diplomatik münasibətlərin bərpasına istiqamətlənib və ikitərəfli münasibətlərin möhkəmlənməsində ümumi qətiyyəti əks etdirir”, - deyə Misir XIN-in məlumatında qeyd olunur.
Xatırladaq ki, 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Türkiyə-Misir münasibətləri pisləşmişdi və tərəflər öz səfirlərini geri çağırmışdı.


KARUSEL / DÜNYA
Tarix: 4-07-2023, 12:25