Qətər və BƏƏ altı ildən sonra diplomatik əlaqələri bərpa edirlər
Qətərin xarici siyasət idarəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələrin bərpa olunduğunu bəyan edib. İki ölkənin səfirlik və konsulluqları bazar ertəsi, yəni 19 iyunda öz fəaliyyətlərinə başlayacaq.
Bu barədə məlumat Qətər xarici işlər nazirliyinin rəsmi Tvitter səhifəsində dərc olunub.
"İki ölkənin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi barədə razılaşma və çalışmalarına əsasən, Qətər və BƏƏ diplomatik əlaqələrin bərpa olunduğunu, həmçinin Qətərin Əbu-Dabidə səfirliyinin, Dubayda konsulluğunun və BƏƏ-nin Dohada səfirliyinin bazar ertəsi, 19 iyun 2023-cü ildə fəaliyyətini bərpa edəcəyini bəyan edirlər", - deyə bəyanatda deyilir.
Qeyd edək ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkəylə diplomatik əlaqələri dayandırmışdı.
KARUSEL / DÜNYA

Tarix: 19-06-2023, 12:47