mobil versiya

İSRAİLİN GİZLİ PLANI BU İMİŞ – Sənəddə Türkiyənin də adı var



İsrailin Qəzza zolağında yaşayan 2,3 milyon insanı Misirin əsasən səhralıq zonadan ibarət olan Sinay yarımadasına köçürməklə bağlı plan hazırladığı ortaya çıxıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, 13 oktyabr tarixində təsdiq edilmiş məxfi sənəddə mülki əhalinin Qəzzadan Misirə məcburi köçünün müsbət və uzunmüddətli strateji nəticələrə səbəb olacağı iddia edilib.
Sözügedən sənəddə 3 alternativ variantdan bəhs edilib. Digər iki variant - Qəzzanın Qərb sahilində yerləşən Fələstin Muxtariyyətinin yenidən suverenliyi və ya yerli rejimdən birini dəstəkləməklə bağlı olub. Lakin bu iki variant İsrailə qarşı hücumların önünü ala bilməyəcəyi, həmçinin başqa səbəblərə görə məqbul hesab olunmayıb.




Bu səbəbdən üçüncü variant kimi, Qəzza əhalisinin Sinay yarımadasının şimalındakı çadır düşərgələrinə köçürülməsi, orada daimi şəhərlərin tikilməsi və fələstinlilərin ölkəyə girişinin qarşısını almaq üçün İsrail daxilində təhlükəsizlik zonasının yaradılması əsas təklif kimi qiymətləndirilib.
Sənəddə iddia edilir ki, Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu planı maliyyə cəhətdən dəstəkləyəcək və ya fələstinliləri vətəndaş kimi qəbul edəcəklər. Həmçinin Kanadanın da potensial köç ölkələri sırasında ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, Fələstin administrasiyasının sözçüsü Nabil Əbu Rudeynə bu barədə qeyd olunanlara sərt reaksiya verib.
“Hər hansı bir yerə köçürülmənin əleyhinəyik. Bu, bizim “qırmızı xəttimizdir”. 1948-ci ildə baş verənlərin bir daha təkrarlanmasına imkan verməyəcəyik. Kütləvi miqrasiya yeni müharibə elan etməyə bərabər olacaq”,-deyə o, bildirib.

KARUSEL / GÜNDƏM
Tarix: 31-10-2023, 12:17