mobil versiya

“İSRAİL QƏZZA ƏMƏLİYYATINI TƏXİRƏ SALDI” – İki mühüm səbəb açıqlandı



İsrailin Qəzza zolağında planlaşdırdığı genişmiqyaslı quru əməliyyatının gecikməsi müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, İsrailin məşhur “Yerusəlim Post” nəşri sözügedən əməliyyatla bağlı diqqətçəkən bir məqalə yayımlayıb.

Həmin məqalədə Qəzzaya hava hücumlarını gücləndirən İsrailin qarşısında bir sıra əngəllərin olduğu və bu səbəbdən əməliyyat planını təxirə saldığı vurğulanıb.

İsrail nəşri əməliyyatı təxirə səlan 2 əsas səbəbi açıqlayıb.

Birinci səbəbdə Hizbullahın İsrailə hücum etmək üçün fürsət gözlədiyi göstərilib. “Yerusəlim”-ə müsahibə verən mənbələr İsrailin əsas narahatlığının Livandakı Hizbullah təşkilatı olduğuna diqqət çəkib. Mənbələrin bildirdiyinə görə, İsrail Qəzzaya girəcəyi təqdirdə Hizbullahın bu fürsətdən istifadə edərək şimaldakı Livan sərhədindən ölkəyə hücum edəcəyindən qorxur. Mənbələr İran və Livandan gələn sərt bəyanatların da narahatlıqla izləndiyini şərh ediblər.

İkinci səbəb kimi, HƏMAS-ın əlində olan girov vətəndaşlar və hərbçilər göstərilib. Qeyd olunub ki, mümkün quru əməliyyatında bu girovların edam olunma riski mövcuddur. Həmçinin ABŞ-ın bu barədə xəbərdarlığından sonra İsrailin quru əməliyyatı ilə bağlı ehtiyatlı davranmağa çalışdığı qeyd edilib.
KARUSEL / DÜNYA
Tarix: 17-10-2023, 14:52