mobil versiya

Rusiyada Ermənistan və Azərbaycan XİN başçılarının görüşü keçirilə bilər



İrəvan Moskvanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir.
Bunu “İnterfaks”a açıqlamasında Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan deyib.
“Müxtəlif təkliflər var, müzakirələr aparılır. Lakin hələ konkret razılaşma yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər mövcuddur. Burada heç bir problem yoxdur, sadəcə texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir”, - o qeyd edib.(report)

KARUSEL / SİYASƏT
Tarix: 17-11-2023, 16:29