Şahdağ Milli Parkında “Açıq qapı” günü keçiriləcək
Dekabrın 8-də Şahdağ Milli Parkında “Açıq qapı” günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Açıq qapı” günü milli parkın yaradılmasının 17-ci ildönümü münasibətilə təşkil olunacaq.
Bildirilib ki, dekabrın 8-də dağlıq və dağətəyi landşaftı ilə seçilən, yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan Şahdağ Milli Parkının yaradılmasından 17 il ötür. Bununla əlaqədar həmin gün milli parkın bütün bölmələrində (Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz) “Açıq qapı” günü keçiriləcək.
Eyni zamanda, Şahdağ Milli Parkının İsmayıllı bölməsində maraqlı və əyləncəli tədbir təşkil olunacaq.
Vətəndaşlar milli parkı ziyarət edərək rəngarəng çalarlara bürünən meşə ərazisində təbiətdən zövq ala, parkın daimi sakinləri olan zubr və maralları görə bilərlər.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 6-12-2023, 18:06