mobil versiya

Rəsədxanasında Elm Gününə həsr edilən “Açıq qapı” günü təşkil olunacaq


N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elm Gününə həsr edilən “Açıq qapı” günü keçiriləcək.
Bu barədə rəsədxanadan məlumat verilib.
Martın 27-si Azərbaycanda Elm Günü qeyd edilir. Bu əlamətdar gün ilə əlaqədar rəsədxanada martın 27 və 28-də “Açıq qapı” günü təşkil olunacaq. Tədbirin proqramına rəsədxanada gündüz ekskursiyası zamanı muzey və 70 santimetrlik teleskopla tanışlıq daxildir.
Ekskursiya əsnasında rəsədxananın yenilənmiş muzeyindəki eksponatlar, o cümlədən Elm Günü ilə əlaqədar yaradılmış “Nobelçi astrofiziklər” guşəsi ziyarətçilərə təqdim ediləcək. Guşədə Nobel mükafatı təsis olunduğu vaxtdan bu günədək həmin mükafata layiq görülmüş Astrofizik alimlər və onların elmi nailiyyətləri haqqında məlumatlar yer alır.
Gecə ekskursiyası zamanı isə əlavə olaraq rəsədxananın 70 santimetrlik teleskopunda Ayın və Marsın müşahidəsi nəzərdə tutulub.
Astronomiya elminə marağı olan hər kəs tədbirdə iştirak edə bilər.


GÜNDƏM / MƏDƏNİYYƏT
Tarix: 17-03-2023, 15:58