mobil versiya

SON DƏQİQƏ! Nazirlər Kabineti MÜHÜM QƏRAR AÇIQLADI - Gələn ay...




May ayında qeyri-iş günlərinin sayı məlum olub.

 APA xəbər verir ki, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 5 gün iş olmayacaq.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 5-04-2021, 15:30