mobil versiya

Sabah Bakıda atəşfəşanlıq olacaq



Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunacaq.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatı işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

BŞİH sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edir.

KARUSEL / ÖLKƏ
Tarix: 30-12-2019, 13:05