mobil versiya

Bakıda ucuz bayram yarmarkalarında QİYMƏTLƏR - VİDEO



Artıq yeni ilə az qalıb, bayram bazarlıqları başlayıb. Bu münasibətlə Bakı şəhərinin müxtəlif ərazilərində bayram yarmarkaları qurulub, fermerlər satışa başlayıb.

Bəs görəsən, bu qiymətlər vətəndaşları qane edirmi?

REPORTYOR.AZ Xəzər TV-nin yarmarkalardan hazırladığı reportajı təqdim edir.

Sizi bu qiymətlərlə tanış edirik.

Alma, naringi, portağal, nar, şabalıd və digər meyvələr...

Bayram yaxınlaşır, kənd təsərrüfarı mallarının satıldığı yarmarkalar növbənöv məhsulları ilə alıcılara xidmət edir.

Söhbət "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin Bakı və Abşeron rayonunun 5 nöqtəsində təşkil etdiyi yarmarkalardan gedir...
Yarmarkalarda yerli şabalıd, qoz, fındıq və meyvə quruları da satılır.

Yarmarkalarda münasib qiymətə ət tapmaq da mümkündür.

Bu satıcı isə deyir ki, turşular onun ailə biznesidir.

Yazda öz bağında yetişən məhsulları turşuya qoyur, qışda isə satışa çıxarır.

Alıcılar bu yarmarkaların daimi olmasını istəyirlər...

Qeyd edək ki, dekabrın 21-dən başlayan bayram yarmarkaları ayın 31-ə qədər davam edəcək.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 25-12-2019, 10:00