Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək
Dekabrın 31-də "Bakı Metropoliteni" QSC 1 saat artıq, yəni yanvarın 1-i saat 01:00-a qədər işləyəcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumatda deyilir ki, iş vaxtının artırılmasına səbəb 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə paytaxta keçiriləcək bayram şənliklərində iştirak edən vətəndaşların daha rahat şəkildə mənzil başına çatıdırılmasıdır.
KARUSEL / ÖLKƏ
Tarix: 26-12-2019, 10:41