mobil versiya

Sənədsiz evlərin sakinlərinə ŞAD XƏBƏR - ÜNVANLAR



İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədi ilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.

REPORTYOR.AZ report-a istinadən xəbər verir ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.

Məlumatda deyilir ki, dekabrın 23-29-da 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.

Qeydiyyat kampaniyası dekabr 23-də D.Bünyadzadə küçəsi, 11D, dekabr 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə, dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə, dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq.

Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.

Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir.

Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.

SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 24-12-2019, 10:45