mobil versiya

Səudiyyə Ərəbistanında yeni sürrealist incəsənət və əyləncə mərkəzi tikiləcək



Səudiyyə Ərəbistanın “Neom” Ərazi İnkişafı Agentliyi 500 milyard dollar dəyərindəki “Utamo” layihəsini təqdim edib.
Ərəb KİV-ləri xəbər verir ki, “Neom” son layihəsini "tədbirlərin və çıxışların keçirilməsi üçün VIP-zalları və restoranları olan innovasiya və çoxməqsədli məkan” adlandırıb.
Təbiətin gözəlliyini qabaqcıl texnologiyalarla birləşdirən “Utamo” gələcəyin teatrı ziyarətçiləri həqiqətən unikal təcrübə ilə təmin edərək, incəsənətin və memarlığın ahəngdar şəkildə birləşdirildiyi yer kimi layihələşdirilib.
Qırmızı dənizin şimalında Akaba körfəzi yaxınlığındakı dağın içərisində yerləşən böyük zalın çoxfunksional məkanı dünyada ən görkəmli artistlərin çıxışları üçün nəzərdə tutulacaq.(azərtac)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-12-2023, 14:24