12 il sonra ilk dəfə Suriya bayrağı Ərəb Dövlətləri Liqasında qaldırıldı

Suriya Prezidenti Bəşər Əsəd sammitdə iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşüb. Sammitin əsas görüşü sabah baş tutacaq.
Dəməşq Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən Ərəb Dövlətləri Liqasından çıxarılmışdı. Son illər bəzi ərəb ölkələri Dəməşqlə münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Bu ilin mayında Suriyanın təşkilatdakı üzvlüyünü bərpa etmək barədə Ərəb Dövlətləri Liqasının qərarı prosesin kulminasiya nöqtəsi olub.
Mayın 19-da keçiriləcək sammitdə ərəb ölkələri liderləri Sudandakı vəziyyəti, həmçinin Fələstin-İsrail qarşıdurmasının yeni fazasını müzakirə edəcək.
KARUSEL / DÜNYA
Tarix: 18-05-2023, 17:48