mobil versiya

Narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb


Abşeron rayonunun Saray qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin və metamfetamin aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin (RPİ) Saray Polis Bölməsinin (PB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Arzuman Məmmədov saxlanılıb.
Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. A.Məmmədov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 14-12-2023, 14:46