Hazırda Agentlik tərəfindən 3693 şəxsə həmin xidmətlər göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin ötən dövründə 5 min 445 şəxsə evdə (səyyar) sosial-məişət xidməti göstərilib. Onlardan 4,9 mini ahıl şəxslər, yəni yaşı 70 və daha çox olan şəxslər olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentlik tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Sosial xidmətçilər tənha ahılların və əlilliyi olan şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınmasında və s. işlərdə köməklik göstərirlər.
Hazırda Agentlik tərəfindən 3693 şəxsə həmin xidmətlər göstərilir.
KARUSEL / SOSİAL
Tarix: 21-12-2023, 12:45