mobil versiya

Pirotexniki vasitələrin satışını təşkil edən 4 nəfər məsuliyyətə cəlb olunub



Paytaxtın Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Onlardan yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-12-2023, 15:05