mobil versiya

“Arzuolunmaz şəxs” elan edilən fransalı diplomatlarla bağlı Azərbaycan dövlət orqanlarında ciddi faktlar var- Nazir


Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatı “arzuolunmaş şəxs” elan edilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Bir məqamı qeyd edim ki, ondan iki gün öncə tərəfimizdən Fransa səfirliyinə nota göndərilib. Həmin adamlarla bağlı Azərbaycan dövlət orqanlarında ciddi faktların olduğu bildirilib, yəni bu, araşdırılma çağırışı idi. Hansı ki bu araşdırılma üçün həmin dövlətin razılığı tələb olunurdu. Fransa dövləti əməkdaşlarının günahsızlığına əmin idisə, çağırışımıza səs verməli idi. Belə olan halda, səfir XİN-ə dəvət olundu, o şəxslərin ölkəni tərk etməsi ilə bağlı 48 sat vaxt verildi”, – nazir deyib.
Ceyhun Bayramov Azərbaycanın da iki diplomatının Fransada arzuolunmaz şəxs elan edilməsinə münasibət bildirib:
“Cavab tədbiri olaraq, heç bir konkret dəlil olmadan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki diplomatımızın Fransada arzuolunmaz şəxs elan olunması ona bildirilib. Bir daha deyim ki, bizim atdığımız addımda sübut, dəlil və fakt var, onlarda isə bu yoxdur”.





KARUSEL / GÜNDƏM
Tarix: 28-12-2023, 17:19