mobil versiya

Bu ölkə "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır




Qazaxıstan KİV bildirir ki, bu barədə xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlamasında deyib. Əlavə edib ki, Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş təşkilatların siyahısını aktual saxlamaq məqsədilə nəzərdən keçirir. Qeyd olunan proses çərçivəsində BMT-nin praktikasına əsasən "Taliban" hərəkatını siyahıdan çıxarmaq barədə qərar qəbul edilib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə əsasən, "Taliban" hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar olaraq tanınmış təşkilatlar siyahısına daxil deyil..
Siyasi təmaslara toxunan Aybek Smadiyarov Qazaxıstanın bundan sonra da BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul olunan qərar və qətnamələrə ciddi riayət edəcəyini qeyd edib.
KARUSEL / DÜNYA
Tarix: 29-12-2023, 10:56