mobil versiya

"Mərakeş Krallığı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir" : M.Məmmədquliyev



"Mərakeş Krallığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edir və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nümayiş etdirir".
"Reportyor.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mərakeş Krallığının milli bayramı - Taxy_tac Günü münasibəti ilə keçirilən tədbirdə deyib. Nazir müavini əlavə edib ki, artıq öz həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dost və qardaş Mərakeşin mövqeyi, habelə BMT Təhlükəsizlik Şurasının nümayiş etdirdiyi dəstək və ədalətli mövqe Mərakeş Krallığı 44 günlük Vətən Müharibəsi dövründə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində xalqımız və hökumətimiz tərəfindən yüksək qiymətləndirilir.
KARUSEL / SİYASƏT
Tarix: 1-08-2023, 10:15