Sent Vinsent və Qrenadinin baş naziri Mərakeş Kralının beynəlxalq rəhbərliyini dəstəkləyir
Sent Vinsent və Qrenadin Baş naziri Ralf Qonsalves Mərakeş Kralı VI Məhəmmədin Afrikada və beynəlxalq aləmdə rəhbərliyini regional diplomatiya, sosial-iqtisadi inkişaf və Cənub-Cənub əməkdaşlığının lehinə dəstəkləyib.
Bu barədə Rabatda xarici işlər, Afrika ilə Əməkdaşlıq və Xaricdəki Mərakeşlilər naziri Nasser Bourita, Sent Vinsent və Qrenadin baş naziri ilə apardığı danışıqların yekununda verdiyi birgə bəyanatda, bildirilir. Baş nazir Kralın din, sülh və bütün dinlərə hörmət, bütün insanlar arasında hörmət və ehtiramın təbliğində rolunu vurğulayıb.
R. Qonsalves Krallığa işgüzar səfəri zamanı ifadə etdiyi dostluq və diqqətə görə Mərakeş Hökumətinə təşəkkürünü bildirib.
KARUSEL / DÜNYA
Tarix: 21-07-2023, 17:34