mobil versiya

Qvatemala Respublikası Dakhlada Baş Konsulluq açır



Qvatemala Respublikası 2022-ci il dekabrın 1-də Mərakeşin Sahara üzərindəki suverenliyi və ərazi bütovlüyünə qəti dəstəyini qeyd edərək Dakhla şəhərində Baş Konsulluğunun açılışını edib.
Qvatemala xarici işlər naziri və Mərakeşin cənub vilayətinin qubernatoru, Dakhlada akkreditə olunmuş konsullar mərasimdə iştirak edib.
Qvatemala Respublikasının konsulluğu Latın Amerika ölkəsinin Krallığın cənub əyalətlərindəki ilk konsulluğudur. Beləliklə, Dakhlada və Laayunda konsulluq açan ölkələrin sayı 28-ə çatıb (Laayunda 12, Dakhlada 16). Bundan əlavə, Qvatemala xarici işlər naziri Mario Adolfo Bucaro Flores açılış mərasimindən sonra mediaya verdiyi açıqlamada deyib ki, Qvatemala Respublikasının Dakhlada Baş Konsulluğunun açılması iki ölkə arasında dostluğun rəmzidir. Konsulluq Qvatemala və Mərakeş arasında xüsusilə ticarət və infrastrukturun inkişafı baxımından, eləcə də təhsil sahəsində əlaqələri daha da gücləndirmək imkanı verir.
Mərakeş ve Qvatemala arasında mükəmməl münasibətlərin əlaməti olaraq, Mario Adolfo Bucaro Flores Krallığa səfəri zamanı Kral VI Məhəmmədin və  Prezident Alejandro Eduardo Giammattei Fallanın göstərişlərinə uyğun olaraq iki ölkə arasında möhkəm tərəfdaşlığı yenidən vurğulamaq məqsədi daşıyır.
KARUSEL / DÜNYA
Tarix: 20-12-2022, 18:31