mobil versiya

Mərakeş hökuməti Balıqçılıq Sazişini hazırda üç parametrini nəzərdən keçirir



Mərakeş hökuməti öz dəyərləndirmələri və Avropa tərəfdaşları ilə məsləhətləşmələr əsasında balıqçılıq sahəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın gələcəyi ilə bağlı qərar verəcək.
Bunu Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlıq və Mərakeş mühacirləri naziri Nasser Bourita Afrika Dövlətləri Prosesinin 3-cü Nazirlər Görüşünün sonunda mətbuat brifinqində bildirib. Nazir deyib ki, Mərakeş-Avropa İttifaqı balıqçılıq sazişi hələ də qüvvədədir. Digər tərəfdən, bu, dörd il müddətində (2019-2023) bağlanmış balıqçılıq protokoludur və müddəti iyulun 17-də başa çatır. 
Nazir əlavə edib ki, bu, 18 iyul 2019-cu il tarixindən başlayaraq 4 illik Protokolun bağlanmasından sonra “proqramlaşdırılmış” müddətdir. Bourita Protokolun icrasını qənaətbəxş adlandıraraq, əməkdaşlığın son dörd il ərzində müsbət və qarşılıqlı faydalı olduğunu qeyd edib. O, vurğulayıb ki, bu həftə Brüsseldə Mərakeş hakimiyyət orqanları ilə onların avropalı həmkarları arasında balıqçılıq sektorunda birgə komissiya çərçivəsində bu dörd  ilin birgə qiymətləndirilməsi üçün görüşün keçirilməsi planlaşdırılır.
Balıqçılıq Sazişinin gələcəyi ilə bağlı nazir qeyd edib ki, Mərakeş hökuməti hazırda üç parametri nəzərdən keçirir. Bunun "doktrinal" olduğunu qeyd edən nazir, bu gün Mərakeşin Əlahəzrət Kralı VI Məhəmmədin dünyaya və xarici siyasətə baxışına uyğun olan daha şəffaf əlavə dəyərə malik tərəfdaşlıqlara üstünlük verdiyini vurğulayıb. İkinci parametrə gəlincə, nazir izah etdi ki, Krallıq “Halieutis” milli balıqçılıq strategiyasını hazırlayıb. Operatorların gözləntilərini nəzərə alan və qarşılıqlı tərəfdaşlarla fəaliyyət çərçivəsində uyğunlaşma tələb edən sektorun inkişafına həsr olunmuş baxışı formalaşdırıb. Hökumətin düşüncə və dəyərləndirməsin inteqrasiya etdiyi üçüncü parametr, Mərakeş və Mərakeşlilər üçün bu vacib təbii sərvətin qorunması və davamlılığını təmin etmək məqsədi ilə elmi məlumatlarla əlaqələndirilir.
"Mərakeş davam edən bu düşüncəyə görə Avropa tərəfi ilə qarşılıqlı fəaliyyət göstərəcək" deyən Bourita, avropalı tərəfdaşlarla dialoq və əməkdaşlığın davam etdiyini bildirib.

KARUSEL / DÜNYA
Tarix: 13-07-2023, 13:42