Nigeriyada terrorçular 30 nəfəri girov götürüb
Nigeriyada terrorçular avtomobillərlə Kaduna-Abuca avtomagistralı ilə hərəkət edən 30 nəfəri girov götürüb.
Bu barədə xarici KİV-də yerli hakimiyyət orqanları və hadisənin şahidlərinə istinadən məlumat yayılıb.
Bildirilib ki, terrorçular yolu kəsərək insanları avtomobillərdən düşürüb və onlarla getməyə məcbur ediblər.
Qeyd edək ki, son vaxtlar Nigeriyada terrorçuların fəaliyyəti artıb. Onlar yaşayış məntəqələrinə hücumlar edir, mağazalara soyğunlar təşkil edir və insanları girov götürürlər.
KARUSEL / DÜNYA
Tarix: 9-01-2024, 13:24