mobil versiya

Malayziya səfiri AQTA-nın sədri ilə görüşüb


Malayziyanın ölkəmizdəki səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşüb.
Bu barədə səfirlik sosial şəbəkədə xəbər paylaşıb. 
Görüşdə Malayziya və Azərbaycan arasında halal sertifikatlaşdırma və Malayziyanın Azərbaycana palma yağı ixracı üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir Malayziya İslam İnkişafı Departamentinin (JAKİM) halal prosedur və mexanizmləri ilə bağlı bilik mübadiləsi məqsədilə Agentliyi Malayziyaya səfərə dəvət etdiyini xatırladaraq bu xüsusda kömək üçün tam dəstəyini ifadə edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-02-2024, 11:39