Azərbaycanla Belarus arasında qida məhsullarının idxal-ixrac əməliyyatları perspektivləri müzakirə olunub
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və qida nəzarəti departamentinin direktoru İvan Smilqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə respublikamızda qida təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verilıb. Eyni zamanda, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.
Görüş zamanı iki ölkə arasında qida məhsullarının idxal-ixrac əməliyyatları, həmçinin Belarusda fəaliyyət göstərən və məhsulları respublikamıza idxal olunan qida obyektlərinin qiymətləndirilməsi, eləcə də fitosanitariya sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda, Azərbaycana kartof ixracı zamanı fitosanitar nəzarətin gücləndirilməsi ilə əlaqədar Belarus tərəfindən icra olunan tədbirlər nəzərdən keçirilib. Eləcə də, “İdarəetmə sistemləri üçün uyğunluq sertifikatlarının tanınması haqqında beynəlxalq müqavilənin bağlanmasına dair” Belarus nümayəndə heyətinin təklifləri dinlənilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 16-05-2023, 17:04