Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərə DİM müraciət edib
İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr üzrə fevralın 18-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-02-2024, 12:25