Bakıda taksi” sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik vasitə aşkar edilib
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1990-cı il təvəllüdlü Orxan Məmmədov və 1985-ci təvəllüdlü Ramin Səbbaqi saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.
R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 12-02-2024, 13:58