mobil versiya

ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verəcək



ABŞ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək vermək barədə razılığa gəlib.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ABŞ-nin dəstəyi üzrə əməkdaşlıq etmək barədə razılığa gəldik. Ənənəvi enerji tərəfdaşlığını yeni mərhələdə inkişaf etdirmək üçün imkanları nəzərdən keçirdik”, - deyə nazir bildirib.(report)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-02-2024, 10:54