mobil versiya

İspaniyanın Valensiya şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında azı 4 nəfər həlak olub



İspaniyanın Valensiya şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında azı 4 nəfər həlak olub.
Bu barədə BBC News xəbər verir.
Xilasedicilərin 15 nəfərədək şəxsin yerini müəyyənləşdirməyə çalışdığı bildirilir. Səlahiyyətlilər 14 nəfərdən xəbər alına bilmədiyini açıqlayıblar.
Alov 14 mərtəbəli binada başlayıb, daha sonra bitişik binaya keçib. Altısı yanğınsöndürən, biri azyaşlı olmaqla, azı 14 nəfərin xəsarət aldığı bildirilib.
Yanğınsöndürənlərin əhalini eyvanlardan xilas etdiyi bildirilir. 2007-2008-ci illərdə tikildiyi bildirilən binada 138 mənzil var və 450 sakin yaşayıb.
Sakinlərdən biri “La Sexta” telekanalına “binada yanğının 10 dəqiqə içində yayıldığını” deyib. Ehtimal olunur ki, alovun güclənməsinə səbəb güclü külək və tezalışan üzlüklər olub.
Yerli mühəndislər binanın tikintisində artıq geniş istifadə olunmayan və tezalışan poliuretan materialdan istifadə olunduğunu iddia ediblər.
Ərazidə səhra xəstəxanası yaradılıb.

KARUSEL / DÜNYA
Tarix: 23-02-2024, 14:40