mobil versiya

Şabranda silah-sursat aşkar edilib


Şabran rayonunda silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd tapança, 3 ədəd patron darağı, 3 ədəd əl qumbarası və 70 ədəd güllə aşkar edərək götürüblər.
Fakt üzrə Şabran RPŞ-də müvafiq araşdırma aparılır.


KARUSEL / HADİSƏ
Tarix: 27-02-2024, 09:05