AzerGold” QSC-də kibertəhlükəsizlik üzrə təlim keçirilib

“AzerGold” QSC-nin təşbəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə keçirilən təlim “Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularını əhatə edib.
Təlimin məqsədi elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə potensial təhlükələri müəyyənləşdirmək, onları proaktiv şəkildə aradan qaldırmaq, kibertəhlükələrdən qorunmaq məqsədi ilə əməkdaşlar arasında məlumatlılığı artırmaqdır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2024, 16:21