mobil versiya

Sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır - Rəsmi



"Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Xatırladaq ki, Azərbaycanda “Facebook” və “İnstagram”da qlobal problem yaranıb. Sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklanıb.
Belə ki, avtomatik hesabdan çıxış müşahidə olunub, yenidən hesaba giriş isə mümkün olmayıb.
KARUSEL / GÜNDƏM
Tarix: 5-03-2024, 20:24