Bu il bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
2024-cü ildə bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keiçirilən brifinqdə deyib.
O bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi 2026-cı ilə qədər tamamlanacaq:
“Diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır. Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Diaqnostik qiymətləndirmədə 17 min nəfər iştirak edəcək. Bu qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edecək. İmtahanlar elektron qaydada tətbiq olunacaq və yay aylarında keçiriləcək. Növbəti ildən isə tərbiyəçilərin sertifikasiyasına başlanacaq”(apa).
KARUSEL / CƏMİYYƏT
Tarix: 6-03-2024, 12:58