Azərbaycanla Konqo arasında çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycanla Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib.
Bildirilib ki, görüşdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafının Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib.


Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 6-03-2024, 17:46