mobil versiya

ABŞ Qəzza zolağında müvəqqəti liman yaradacaq



ABŞ Qəzza zolağında humanitar yardım üçün müvəqqəti liman yaradacaq.
Bu barədə ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı qarşısında çıxışında deyib.
Onun sözlərinə görə, Qəzza zolağında yaradılacaq müvəqqəti liman ərzaq, su, dərman vasitələri və digər humanitar yükləri daşıyan iri gəmiləri qəbul edəcək.
ABŞ prezidenti bu məqsədlə ABŞ hərbi qulluqçularına Aralıq dənizinin Qəzza sahilində təcili missiya keçirməyi tapşırdığını bildirib.
Bayden Qəzza zolağında heç bir ABŞ qoşunlarının olmayacağını, yaradılacaq müvəqqəti limanın əraziyə daxil olan humanitar yüklərin həcmini artırmağa imkan verəcəyini qeyd edib.(trend)
KARUSEL / DÜNYA
Tarix: 8-03-2024, 13:02