mobil versiya

Aqil Qurbanov “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin olunub



Martın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.
Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Məlumata görə, toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-03-2024, 17:21