mobil versiya

Müdafiə nazirinə yeni müavin təyin edilib


Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan müdafiə nazirinin müavini vəzifəsinə təyin edilmiş Aqil Qurbanov nazirlikdə Hərbi-texniki təchizat üzrə məsələlərə cavabdeh olacaq.
"AzPolitika.info"-nun məlumatına görə, Bakı şəhər sakini, 36 yaşlı Aqil Qurbanov əvvəllər “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.
Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub.
KARUSEL / ÖLKƏ
Tarix: 13-12-2022, 21:15