Müsəlman ölkəsi Türkiyə ilə müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ - Çox sayda texnika yeridildi
Misirin inqilabçı prezidenti Əbdülfəttah Sisinin təlimatına əsasən, ordu Liviyaya çox sayda tank göndərib.
Publika.az xəbər verir ki, bu tankların və Misir Hərbi Hava Qüvvələrinin bir qisminin Türkiyənin Liviyaya ehtimal olunan müdaxiləsində istifadə ediləcəyi bildirilib.
İsrailin “Mossad” kəşfiyyat təşkilatına yaxınlığı ilə tanınan “DEBKAfile” saytının dərc etdiyi xəbərdə Sisinin bu həmləsinin prezident Rəcəb Tayyib Ərdoğana cavab xarakteri daşıdığı qeyd olunub.
Qeyd edək ki, Suriyanın şimal-şərqindəki terror qruplaşmalarına zərbə vuran Türkiyə Şərqi Aralıq dənizində tarixi bir addım atmış, prezident Rəcəb Tayyib Ərdoğan ilə Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sarrac arasında “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılmasına dair Razılıq Memorandumu” imzalanmışdı.
Bu razılaşmadan sonra başda Yunanıstan və Cənubi Kipr olmaqla, Avropa ölkələri və İsrailin planları alt-üst olmuşdu.
KARUSEL / DÜNYA
Tarix: 23-12-2019, 21:22